Mosul əməliyyatı: 352 km İŞİD-dən geri alındı
İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi uğrunda əməliyyatlar davam edir.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq Federal Polis Təşkilatının rəhbəri Raid Cövdət iki gündür davam edən əmıliyyatlar nəticəsində Mosulun cənubundakı 352 kilometrlik bölgənin İraq ordusunun nəzarətinə keçdiyini açıqlayıb.
İraq sünnilərinin lider və keçmiş baş nazir köməkçisi Saleh Mütləq xalqa müaricət edərək mübarizəyə qoşulmaya çağırıb.
Şiə polis qüvvələrinin lideri Hadi Əmiri isə Mosulda məzhəb münaqişəsinin düşməməsi üçün şiə döyüşçülərin şəhərə girməyəcəyini, sadəcə ordunun daxil olacağını bildirib.
1news.az
698