Sürücüsüz ilk avtobuslar xəttə buraxılıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Sürücüsüz ilk avtobuslar xəttə buraxılıb - FOTO

11:35 - 19 / 10 / 2016
Sürücüsüz ilk avtobuslar xəttə buraxılıb - FOTO

ABŞ-ın Neşnel-Harbor şəhərində 3D printer vasitəsilə çap olunmuş ilk Olli robot-avtobusları xəttə buraxılıb.

1news.az “Buro247”yə istinadən xəbər verir ki, Local Motors şirkətinin istehsalı olan mikroavtobuslar 12 nəfər üçün nəzərdə tutulub.

Robot-avtobus elektriklə çalışır və "ağıllı" IBM Watson proqramı ilə təchiz edilib. Nəqliyyat vasitəsinin idarə olunması üçün sürücüyə ehtiyac yoxdur. Avtobusu mobil tətbiqetmənin köməyilə çağırmaq mümkündür.

Artıq ABŞ-ın Neşnel-Harbor şəhərin 10 Olli avtobusu xəttə buraxılıb. İlin sonunda isə şirkət Mayami-Deyd və Las-Veqasda da robot-avtobusları təqdim etmək niyyətindədir.

1news.az

Paylaş:
975

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər