Şeydayevsiz “Trabzonspor” yenə məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

Şeydayevsiz “Trabzonspor” yenə məğlub oldu

09:42 - 22 / 11 / 2016
Şeydayevsiz “Trabzonspor” yenə məğlub oldu

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Ərsun Yanalın komandası 11-ci turda evdə “Antalyaspor”la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

Şeydayev sözügedən oyunun 18-liyində yer almayıb.

Qeyd edək ki, “Trabzonspor” 11 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

1news.az

Paylaş:
744

Son xəbərlər

Bütün xəbərlər