Azərbaycanın “İslam oyunları” və “Formula-1”ə xərcləyəcəyi məbləğ açıqlanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın “İslam oyunları” və “Formula-1”ə xərcləyəcəyi məbləğ açıqlanıb

19:33 - 25 / 11 / 2016
Azərbaycanın “İslam oyunları” və “Formula-1”ə xərcləyəcəyi məbləğ açıqlanıb

Gələn il İslam oyunları və Formula-1 yarışlarının keçirilməsinə xərcələnəcək vəsaitin məbləği məlum olub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd olunub.

Bildirilib ki, “İslam oyunları və Formula-1 yarışlarının keçirilməsi ilə bağlı xərclər” kimi yeni layihənin maliyyələşdirilməsi üçün 317 mln. 300 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

1news.az

Paylaş:
821

Son xəbərlər

Bütün xəbərlər