“Formula-1”in yarış cədvəlindən bir ölkə çıxarılıb | 1news.az | Xəbərlər
İdman

“Formula-1”in yarış cədvəlindən bir ölkə çıxarılıb

18:15 - 26 / 11 / 2016
“Formula-1”in yarış cədvəlindən bir ölkə çıxarılıb

Əbu-Dabidə 2017-ci ilin Formula-1 təqviminin yeni versiyası müzakirə olunub.

1news.az “f-1.az” saytına istinadla xəbər verir ki, əvvəlki ildən fərqli olaraq, yeni təqvimdə Almaniya Qran-prisinə yer verilməyib.

Yarışın təşkilatçıları Berni Ekklstoun ilə maliyyə məsələsində razılığa gələ bilməyiblər. Kanada və Braziliya yarışlarının taleyi hələ də sual altındadır.

Yeni təqvimdə Macarıstan Qran-prisi Almaniyadakı yarış üçün təyin olunmuş günlərdə – iyulun 28-30-da keçiriləcəyi əks olunub. Digər bir fərq isə Sinqapur və Malayziya yarışları ilə bağlıdır. Sentyabrda Sepanqdakı yarışın Sinqapur Qran-prisindən əvvəl keçiriləcəyi qeyd edilmişdisə də, bu dəfə onların yerləri dəyişdirilib. Cari mövsümdə olduğu kimi, Sinqapur yarışı əvvəl keçiriləcək.

Mövsümdən əvvəl testlərin tarixlərində dəyişiklik olmayacaq. İlk testlər fevralın 27-dən martın 2-dək, ikinci testlər isə martın 7-10-da Barselonada keçiriləcək. Mövsümün gedişində daha dörd test olacaq. Lakin həmin test yürüşlərinin keçiriləcəyi yer barədə hələ razılıq əldə edilməyib.

Almaniya Qran-prisinin təqvimdən çıxması, Bakıda təşkil olunacaq yarış üçün müsbət haldır. Belə ki, Kanada Qran-prisindən sonra hər yarış bir həftə gec keçirilə bilər. Ona görə də Bakı şəhər halqasında növbəti yarışın daha rahat və Le-Man yürüşü ilə üst-üstə düşməməsi mümkün ola bilər.

1news.az

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər