“Qarabağ” – “Qəbələ” matçında dava - FOTO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” – “Qəbələ” matçında dava - FOTO

22:19 - 29 / 11 / 2016
“Qarabağ” – “Qəbələ” matçında dava - FOTO

Topaz Premyer Liqanın 13-cü turunun “Qarabağ” – “Qəbələ” oyunundakı (2:1) insident baş verib.

1news.az qol.az-a istinadən xəbər verir ki, futbolçular arasındakı ilk gərginlik oyunun uzatma dəqiqələrində baş verib.

İlk olaraq, 90+4-cü dəqiqədə “Qarabağ”lı Almeyda qırmızı vərəqə aldığı epizoddan sonra mübahisə yaranıb. “Qarabağ”ın 90+7-ci dəqiqədə vurduğu qələbə qolundan sonra isə gərginlik daha da artıb. Bəzi məlumatlara görə, Ağdam klubunun ehtiyat qapıçısı Şahrudin Məhəmmədəliyev qol sevinci zamanı “Qəbələ”li futbolçulara əli ilə təhqiramiz jest edib.

Bundan sonra “Qəbələ”nin kapitanı Rəşad Sadiqovla Ş.Məhəmmədəliyev arasında gərginlik yaranıb. Hətta R.Sadiqov qapıçını sillə ilə vurub da.

R.Sadiqov oyundan sonra jurnalistlərə rəqib oyunçunu vurduğunu təsdiqləyib. O bildirib ki, Şahruddini sillə vuraraq itələyib:

“O, cavan oyunçudur. Gərək belə hərəkət eləməyə idi”.

Ümumilikdə isə gərginliyin bu həddə çatmasında 86-cı dəqiqədə hesab 1:0 qonaq komandanın xeyrinə olarkən baş hakim Rəhim Həsənov "Qəbələ"nin qapısına penalti təyin etməsi açar rolunu oynayıb. Bu qərar  “Qəbələ”li futbolçuların etirazına səbəb olub. “Qarabağ” bu penalti ilə hesabı bərabərləşdirib. 90+7-ci dəqiqədə isə Ağdam klubu daha bir qol vuraraq 2:1 hesabı ilə qələbə qazanıb və "Qəbələ"ni 3 xal qabaqlayaraq turnir cədvəlinin vahid lideri olub.

1news.az

 

Paylaş:
1089

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər