Rusiya səfirinin vurulma anı - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Rusiya səfirinin vurulma anı - VİDEO

21:38 - 19 / 12 / 2016
Rusiya səfirinin vurulma anı - VİDEO

Xəbər verdiyimiz kimi Rusiyanın Türkiyədəki səfiri Andrey Qennadiyeviç Karlova Ankara şəhərində silahlı hücum olub.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada Müasir Sənət Mərkəzindəki bir rəsm sərgisində iştirak edən səfir naməlum şəxs tərəfindən güllələnib.

Hücum edən şəxs mühafizəçi kimi sərgi keçirilən Müasir Sənət Mərkəzinə daxil olub və səfir çıxış edən zaman onu vurub.

Silahlı şəxs daha sonra sivillərə də atəş açıb.

Hadisədən dərhal sonra polis əməliyyat keçirib və bir neçə dəqiqəlik atışmadan sonra silahlı şəxs öldürülüb.

Ağır yaralanan səfir də xəstəxanada ölüb.

Görüntüləri təqdim edirik:

Fərid Ədalət

Paylaş:
1653

Son xəbərlər

Bütün xəbərlər