Mariya Zaxarova Çavuşoğlunun çıxışı zamanı ağlayıb – FOTO – VİDEO
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.
M.Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümü ilə bağlı başsağlığı verib:
“İstərdim ki, biləsiniz, Türkiyə və türk xalqı Rusiya və rus xalqı kimi matəm saxlayır. İstər Rusiyada, istərsə də Türkiyədə məlumdur ki, baş vermiş insidentin əsas məqsədi ölkələrimiz arasında münasibətlərin korlanmasına, son zamanlar əldə etdiyimiz uğurların gözdən salınmasına yönəlib”.
Çavuşoğlunun çıxışı zamanı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova göz yaşlarına hakim ola bilməyib.
Rusiya XİN-in məlumatından:
“Nazirlər terror təhlükələrinə qarşı mübarizəni gücləndirməyi, təxribatların qarşısını almağı, Rusiya-Türkiyə münasibətlərini korlanmasına yönəlmiş, Suriya və İraqda terrorla mübarizə işində iki ölkənin əməkdaşlıqla bağlı niyyətini təsdiq ediblər”.
Haberler