Ərdoğan: “Bu qətl Rusiya-Türkiyə münasibətlərini pozmağa yönəlmiş addımdır” - VİDEO
“Rusiya prezidenti Vladimir Putinlə bu hadisəni isti-isti dəyərləndirdik”.
1news.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı hadisəyə münasibət bildirərkən deyib.
Ərdoğan Rusiya xalqına və prezidentinə başsağlığı verib, bu qətlin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını pozmağa yönəlmiş addım olduğunu deyib.
Türkiyə prezidenti söyləyib ki, Putinin ondan Türkiyədəki rusiyalı diplomatlarının təhlükəsizliyi ilə bağlı tədbirlərin gücləndirilməsini istədiyini qeyd edib.
Putin Ərdoğandan Karlovun cənazəsinin öz göndərdikləri təyyarə ilə aparılmasını, həmçinin bu qətlin araşdırılmasına Rusiya mütəxəssislərinin də qoşulmasını istəyib. Ərdoğan da bu məsələdə problem olmadığını bildirib.