FETÖ Klintonun seçki kampaniyasına milyon dollar yatırıb | 1news.az | Xəbərlər
Dünya

FETÖ Klintonun seçki kampaniyasına milyon dollar yatırıb

10:20 - 21 / 12 / 2016
FETÖ Klintonun seçki kampaniyasına milyon dollar yatırıb

FETÖ-nun qanundankənar fəaliyyətini araşdıran “Amsterdam&Partners” hüquq firması Fetullah Gülənin ABŞ-da keçirilmi prezident seçkiləri zamanı Hillari Klintonun kampaniyasına milyon dollar yatırdığını iddia edir.

Hurriyet-in verdiyi xəbərə görə, məsələ ilə bağlı hüquq firmasının Londondakı mərkəzindən olan  vəkil Robert Amsterdam bildirib:

“demokratlar sistemin ruslar tərəfindən sındırılacağının iddia edənədək, əslində Gülənlə bağlı danışsınlar. Hillari Klintona yardım etmək istəyən Gülən onun prezidentlik kampaniyasına milyonarla dollar yatırıb. Bu milyonlarla dollar irimiqyaslı cinayətkarlıq şəbəkəsi, həmçinin dünya düzənini pozmaq üçün bir təhlükədir”.

Bu hadisə Türkiyə ilə Rusiyanı daha da yaxınlaşdıracaq

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı hadisələrə fikir bildirən vəkil qeyd edib:

“Baş vermiş insident dərindən araşdırılmalıdır. Bu hadisə Türkiyə ilə Rusiyanı daha da yaxınlaşdıracaq. Hər iki ölkənin liderləri bunun təxribat olduğunu çox yaxşı bilirlər. Bu təxribata cavab olaraq münasibətlər normal saxlanılmalıdır”.

Qeyd edək ki, dekabrın 19-da Ankara keçirilən Müasir Sənət Mərkəzindəki sərgi zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov öldürülüb. Hadisə zamanı 3 nəfər yaralanıb. Səfiri öldürən 22 yaşlı polis əməkdaşı Mevlüt Mert Altıntaş adlı şəxdir.  

Mövzu ilə əlaqədar oxuyun:        

Rusiyanın Türkiyədəki səfiri sui-qəsd nəticəsində öldü - RƏSMİ - FOTO - VİDEO   

Səfiri güllələyən şəxs öldürüldü - YENİLƏNİR - FOTO - VİDEO

Səfiri öldürənin kimliyi məlum oldu - FOTO

Azərbaycan XİN Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini kəskin şəkildə pisləyir

Binəli Yıldırım: Alçaq terror aktının təşkilatçıları aşkar edilərək cəzalandırılacaq

Medvedev: Rusiya səfirin öldürülməsini cəzasız buraxmayacaq

S.Xankişiyeva

 

Paylaş:
702

Son xəbərlər

Bütün xəbərlər