Rusiyanın Türkiyədəki səfirinin qətli ilə bağlı yeni görüntülər yayılıb – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın Türkiyədəki səfirinin qətli ilə bağlı yeni görüntülər yayılıb – VİDEO

09:28 - 23 / 12 / 2016
Rusiyanın Türkiyədəki səfirinin qətli ilə bağlı yeni görüntülər yayılıb – VİDEO

“Rossiya” telekanalının Ankaradakı xüsusi müxbiri Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra bir neçə dəqiqə ərzində baş verənlərin əks olunduğu videokadrları əldə edib.   

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, videoda çaxnaşma, yaralı insanlar və onlara yardım etməyə çalışan şəxslər  əks olunub. Videoda, bundan başqa, yerə düşən qan damcıları, çevrilmiş masalar, qadın çığırtısı əks olunub. Telekanal görüntünün insanların hadisə baş verən an qalereyadan çıxma məqamını əks etdirən yeganə kadrlar olduğunu qeyd edir.  Arxa fonda qatilin yerdə uzanmış A.Karlova yaxınlaşması, sanki yoxlamaq məqsədi ilə, ona sarı əyilməsi əks olunub.   

Hadisə yerində olmuş türkiyəli fotoqraf Uğur Kavasa hadisə zamanı üç qadının yaralandığını bildirib: “Güllələrdən biri rikoşet verərək qadının əlinə dəydi, daha bir qadın qolundan, digəri isə ayağından yaralandı. Yer qan içində idi.  Qatil sonra sərgilənən fotoşəkilləri qopararaq, yerə atmağa başladı. Masalardakı kokteylləri, butulkaları da yerə tulladı”.    

Telekanalın məlumatına görə, qatil  Mert Altıntaşa təslim olmaq təklif olunub. “Mən ölmək üçün buradayam”, - deyə o cavabında bildirib.

Məlumata görə, polislər qatili əvvəlcə ayağından yaralayıblar. Lakin, o, yaralandıqdan sonra da atəş açmağa davam edib və bir an əlini cibinə salıb. Qumbaranı işə salacağını zənn edən  polislər onu məhv etməli olublar.

Qatil Mert Altıntaşın evindən tapılan məktubda o bu əməli Allah naminə etdiyini qeyd edib.  

Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

1news.az

Paylaş:
589

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər