Külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısı alınıb - FOTO

22:05 - 23 / 12 / 2016
Külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısı alınıb - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının ölkədən qanunsuz çıxarılmasına cəhdin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna  gələn Tacikistan Respublikası vətəndaşı Boltaeva Matluba Umarovna mütləq qaydada bəyan etməli olduğu malları  əvvəlcədən gömrük orqanına bəyan etməyib. Ona məxsus olan qara rəngli kiçik həcmli çamadana rentgen aparatı vasitəsi ilə baxış keçirilərkən monitorda külli miqdarda olan qızıl-zinət əşyalarının təsvirləri görülüb.

M.U.Boltaeva gömrük əməkdaşı tərəfindən saxlanılmış və yoxlama otağına dəvət olunub. Şəxsi yoxlama zamanı M.U.Boltaevanın üzərindən 1 ədəd qadın qol saatı, 1 ədəd  qolbaq, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kolye-sırğa cütü dəsti, əl çantasından isə 2 ədəd kulon aşkar edilmişdir. Əl baqajının yoxlanılması zamanı isə 5 ədəd üzük-sırğa cütü dəsti, 2 ədəd kulon-üzük-sırğa cütü dəsti, 5 ədəd üzük, 3 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd kulon, 1 ədəd qadın qol saatı və 5 ədəd qadın qol saatının qolbaqları aşkar edilib.

Aşkar olunan zərgərlik məmulatları hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən  tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının ümumi çəkisi 470.25 qramdır.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
927

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər