Rusiya neft hasilatında Səudiyyə Ərəbistanını keçib
Rusiya oktyabr ayında gündəlik orta hesabla 10,7 milyon barrel neft istehsal edərək Səudiyyə Ərəbistanını geridə qoyub.
AZƏRTAC “Rosstat”a istinadla xəbər verir ki, oktyabr ayında gündəlik orta hesabla 10,7 milyon barrel neft hasil edən Rusiya eyni dövrdə gündəlik orta hesabla 10,5 milyon barrel istehsal reallaşdıran Səudiyyə Ərəbistanını keçib.
Bu ilin yanvar-oktyabr aylarında xam neftin Rusiyanın ümumi ixracındakı payı ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 faizdən 26,3 faizə geriləyib. Neftin oktyabr ayında orta ixrac qiyməti isə bir tona görə 326 dollar olub.
807