Sənaye parklarına 1,5 milyard investisiya qoyulması planlaşdırılıb
Sənaye parklarına rezidentlər tərəfindən indiyədək 553 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 3000-dən çox iş yeri yaradılıb. Növbəti mərhələdə isə 1,5 milyard ABŞ dollarına yaxın investisiyanın qoyulması və 4000-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1news.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
Neftçala Sənaye Zonasında artıq ümumi sahəsi 7800 kvadratmetr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadratmetr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsinə verilib. Masallı Sənaye Zonasına isə sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub.
Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanları araşdırılır və bu işlər yaxın zamanda yekunlaşdırılacaq.
1news.az