Azərbaycan Qırğızıstana peyk vasitəsilə internet sata bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Qırğızıstana peyk vasitəsilə internet sata bilər

15:41 - 24 / 12 / 2016
Azərbaycan Qırğızıstana peyk vasitəsilə internet sata bilər

2016-cı ilin yayında Qırğızıstan və Qazaxıstanın internet operatorları arasında ciddi konflikt baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, buna səbəb magistral internetin tariflərinin artırılması idi. Nəticədə Qırğızıstan hökuməti alternativ magistralların axtarışındadır.

Yerli operatorlar hesab edir ki, tarif problemini həll etməklə mövcud olan sxemi qüvvədə saxlamaq olar. Bununla yanaşı, "Qırğıztelekom" tranzit operator olmalıdır.

Qırğızıstan hökuməti Rusiya, Qazaxıstan, Çinin internet magistrallarına və Azərbaycan dövlətinə məxsus olan "Azərkosmos" ASC-nin balansındakı peykə qoşulmağı nəzərdən keçir.

Qırğızıstanın Rabitə və İnformasiya Texnologiyaları üzrə Dövlət Komitəsinin sədri Bakıt Şarşenbiyev bildirib ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Azərkosmos" ASC-nin balansında olan peyk vasitəsilə Qırğızıstanı internetlə təchiz etməyi təklif edib.

B. Şarşenbiyev Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayevlə də internetlə bağlı məsələləri müzakirə edib. Onun sözlərinə görə, Qazaxıstanda fəaliyyət göstərən operatorlar gələcək əməkdaşlıqda maraqlıdır.

"China Telecom" şirkəti isə görüşdə isə Çindən internetin alışına dair müzakirələr aparılıb. Hətta bəzi test işləri də aparılıb. Cari ilin noyabrın 24-də isə Qırğızıstan, Özbəkistan və Çin arasında əməkdaşlıq memorandumu imzalanıb. Sədrin sözlərinə görə, tarif məsələsi hələ də həllini gözləyir və bununla bağlı müvafiq danışıqlar aparılır. Qeyd edək ki, bu prosesə dövlət qurumları qarışa bilməz.

Rusiyanın rabitə və kommunikasiya naziri Nikolay Nikiforov isə Qırğızıstana "Rostelekom" dövlət şirkətinin imkanlarından istifadə etməyi təklif edib:

"Məsələ burasındadır ki, Qırğızıstan coğrafi nöqteyi-nəzərdən birbaşa qaydada Rusiyadan internet ala bilməz. Bunu ya Qazaxıstan, ya da Çin üzərindən etmək mümkündür", - deyə B. Şarşenbiyev qeyd edib.

Komitə sədri qeyd edib ki, Azərbaycandan internetin çatdırılması baha olsa belə, müzakirə predmeti olan əsas variantlardan biridir:

"Kabel internetindən fərqli olaraq peyk internetinin imkanları məhduddur. Bundan başqa, peyk interneti bahalı məhsuldur. Lakin bu variant internetlə təchiz olunmayan ərazilərin təchizatı baxımından alternativ ola bilər. Söhbət ucqar ərazilərdən və ya gömrük məntəqələrindən gedir".

1news.az

Paylaş:
593

Son xəbərlər

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv! - VİDEOBu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEO14 / 05 / 2024, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub14 / 05 / 2024, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaq14 / 05 / 2024, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib14 / 05 / 2024, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayır14 / 05 / 2024, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ14 / 05 / 2024, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEO14 / 05 / 2024, 16:14
Bütün xəbərlər