2016-cı ilin ən mühüm elmi kəşfləri bəlli oldu
“Science” jurnalı 2016-cı ilin ən mühüm elmi kəşflərini açıqlayıb.
1news.az ICTnews-a istinadən xəbər verir ki, "LIGO Scientific Collaboration" adlı beynəlxalq layihəyə daxil alimlər tərəfindən qravitasiya dalğalarının aşkar edilməsi və Günəşə ən yaxın Proksima Sentavra ulduzunun yaxınlığında Yer kürəsini xatırladan planetin tapılması bu siyahıya əlavə edilib.
Jurnalın əməkdaşları, həmçinin "Google DeepMind" şirkəti tərəfindən hazırlanmış "AlphaGo" süni intellektinin “Go” oyununda peşəkar oyunçu Li Sedol üzərində qələbəsini qeyd ediblər.
Orta yaşlı siçanlarda qocalmış hüceyrələrin ləğvinin ömrün uzunluğuna imkan yaratmasını sübut edən kəşf reytinqdə dördüncü yerdə qərarlaşıb.
Bundan başqa, zülalların xüsusiyyətlərini proqnozlaşdırmağa imkan verən kompüter proqramlarının hazırlanması və laboratoriya şəraitində toxum hüceyrələrindən canlı siçanların yetişdirilməsi reytinqə salınıb.
1news.az