Vergi borclarının silinmə şərtləri açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergi borclarının silinmə şərtləri açıqlanıb

15:52 - 26 / 12 / 2016
Vergi borclarının silinmə şərtləri açıqlanıb

Dekabrın 26-da Vergilər Nazirliyində “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun layihəsinin izahına həsr edilmiş brifinq keçirilib.

1news.az-a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən xəbərə görə, brinfinqdə çıxış edən Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə qanun layihəsi barədə danışaraq bildirib ki, sənəd ölkə Prezidentinin təşəbbüsü ilə hazırlanıb və ölkəmizdə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədini daşıyır.

Qanun layihəsinin artıq Milli Məclisinin plenar iclasına tövsiyyə olunduğunu qeyd edən Z.Məmmədzadə, qəbul olunacağı təqdirdə sənədin 2017-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcəyini bildirib.

Brifinqdə vurğulanıb ki, vergi borclarına görə amnistiyaların tətbiqi alətindən bir çox xarici dövlətlərdə geniş istifadə edilir. Məsələn, Türkiyə Respublikasında bu təcrübə mütəmadi olaraq uğurla tətbiq olunur və sonuncu belə bir qanun 2016-cı ilin avqust ayında qəbul edilib. Dünya təcrübəsinə əsasən, bu kimi layihələrin tətbiqi sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla yanaşı, sahibkarların sərəncamında kifayət qədər sərbəst vəsaitlərin qalmasına, onların işgüzar fəaliyyətlərinin genişlənməsinə, ölkənin ticarət fəaliyyətində rolunun və iqtisadi aktivliyinin artmasına əlavə imkanlar yaradır və nəticədə vergiləri vaxtında ödəmə potensialının yenidən bərpa olunmasına xidmət edir.

Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi borcları vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclardan ibarətdir. Sözügedən qanun layihəsi vergi ödəyicilərinin yalnız faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarını tənzimləyəcək. Yəni, vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğinin silinməsi nəzərdə tutulmayıb.

Z.Məmmədzadə bildirib ki, faiz və maliyyə sanksiyaları üzrə borcların 2 qaydada – bir dəfəyə və mərhələli şəkildə silinməsi nəzərdə tutulur. Belə ki, 1 yanvar 2017-ci il tarixə vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclar bir dəfəyə istisnasız silinəcəkdir.

Digər maliyyə sanksiyaları üzrə borcların isə mərhələli şəkildə və müəyyən şərtlər daxilində silinməsi nəzərdə tutulur. 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30 faizi ödənildikdə yerdə qalan borcların 70 faizi, 2017-ci ilin yanvar-fevral ayları ərzində 50 faizi ödənildikdə yerdə qalan borcların 50 faizi, 2017-ci ilin yanvar-mart ayları ərzində isə 70 faizi ödənildikdə yerdə qalan borcların 30 faizi silinəcəkdir.

Qanunun müddəaları vergi ödəyicilərinin faiz və maliyyə sanksiyaları üzrə borclarının məcburi ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilmiş hissələrinə də şamil ediləcəkdir.

Brifinqdə media nümayəndələrinə məlumat verilib ki, qanunun tətbiqi ilə bağlı sahibkarlar vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla, vergi orqanlarına elektron şəkildə müraciət etməklə, yaxud Vergilər Nazirliyinin Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq öz vergi borcları barədə, habelə qanundan irəli gələn digər məsələlər barədə ətraflı məlumat ala bilərlər.

Bildirilib ki, sahibkarların sərəncamında qalacaq vəsait də iqtisadi dövriyyəyə daxil olacaq və multiplikasiya effekti nəzərə alınarsa, o zaman bunun iqtisadi səmərəsi bir neçə dəfə artacaq. Bu təşəbbüsün vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı etimadı bir qədər də gücləndirəcəyinə, sahibkarlarda könüllü əməletmə səviyyəsinin və vergi intizamının daha da artıracağına əminlik vurğulanıb.

Qanun 44000-dən çox vergi ödəyicisini əhatə edəcək. Onların 97%-dən çoxu özəl sektorda çalışan sahibkarlardır.

Mövzu ilə əlaqədar oxuyun:

Elektron ticarətdə ƏDV-nin tətbiqi necə həyata keçiriləcək?

1news.az

Paylaş:
1320

Son xəbərlər

Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv! - VİDEOBu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49
Bütün xəbərlər