Azərbaycanda kompyuter və elektron məhsullarının istehsalı artıb
Bu ilin yanvar-noyabr aylarında kompyuter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 147,8 milyon manatlıq məhsul istehsal olunub.
1news.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki illə müqayisədə kompyuter və elektron məhsullarının istehsalı 10,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 3,2 dəfə artıb.
On bir ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı iki dəfə artıb. Məişət soyuducularının istehsalı 27,9 faiz, 1 kilovoltdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 91,2 faiz azalıb.
Bu dövrdə qəbuledici qurğuları olmayan 10,2 min radio və televiziya verilişləri aparatları, 103 ədəd məlumatın saxlanması üçün mərkəzi vahidlər, 120 ədəd dəyişən cərəyanla işləyən generator istehsal edilib.
1news.az