Kapital Bank kreditlə sığorta paketləri təklif edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank kreditlə sığorta paketləri təklif edir

11:55 - 26 / 12 / 2016
Kapital Bank kreditlə sığorta paketləri təklif edir

Azərbaycanda ilk dəfə olaraq Kapital Bank filiallarında PAŞA Sığortanın bir sıra məhsullarının kreditlə satışı həyata keçiriləcək.

İlk mərhələdə müştərilər avtomobillərin icbari sığortası məhsulunu bankın filiallarından əldə edə bilərlər.

Avtomobillərin icbari sığortasının dəyərini Kapital Bank-dan əmək haqqı və təqaüd alan müştərilər 6 aylıq faizsiz və komissiyasız kreditlə, digər müştərilər isə nağd şəkildə ödəyə bilərlər. Sənədləşmə üçün şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Sığortanın məbləği sürücünün və avtomobilin göstəriciləri əsasında sığorta proqramında avtomatik hesablanır.

Qeyd edək ki, yaxın zamanlarda Kapital Bank filiallarında, həmçinin daşınmaz əmlakın icbari və könüllü sığortasının satışı da həyata keçiriləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
817

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər