Mərkəzi Bank sabah üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank sabah üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb

17:37 - 27 / 12 / 2016
Mərkəzi Bank sabah üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

1news.az-ın məlumatına görə, USD/AZN rəsmi məzənnəsi dekabrın 28-nə 1,7662 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün dollar 1,7622 manata bərabər olub.

Onu da bildirək ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7622 məzənnəsi ilə başlayıb və 1,7662 məzənnəsi ilə yekunlaşıb.

1news.az

Paylaş:
484

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər