Nazir: Gələn ildən intizamlı vergiödəyicilərinə xidmət “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Gələn ildən intizamlı vergiödəyicilərinə xidmət “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçiriləcək

12:57 - 27 / 12 / 2016
Nazir: Gələn ildən intizamlı vergiödəyicilərinə xidmət “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçiriləcək

Azərbaycan qlobal proseslərin təsirindən qorunmağa, itkilərini minimuma endirməyə və əhalinin sosial müdafiəsinin təmin edilməsinə nail ola bilib.

1news.az-ın məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində vergilər naziri Fazil Məmmədov vergi sistemindəki yeniliklərdən danışarkən deyib.

Ölkəmizin vergi sistemində aparılan islahatların əsas istiqamətlərindən danışan nazirin sözlərinə görə, qarşıya qoyulan hədəflərə çatmaq və yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək üçün vergi orqanları da bütün səylərini səfərbər ediblər:

“Dövlət büdcəsinin gəlirlərinin artırılması üçün Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi potensialının düzgün müəyyənləşdirilməsi və yeni vergi mənbələri hesabına vergitutma bazasının genişləndirilməsi, vergilərin tam həcmdə və vaxtında ödənilməsinə nəzarətin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə “risklərin idarə edilməsi” kimi innovativ alətlərin uğurla tətbiqinə başlanılıb, iri vergiödəyicilərində elektron auditin tətbiq dairəsi genişləndirilib”.

F.Məmmədov vergiödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə 2017-ci ilin yanvarından intizamlı vergiödəyicilərinə xidmətin “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçirilməsi üçün hazırlıq işlərinin başa çatdırıldığını da diqqətə çatdırıb. Qeyd edib ki, şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyiciləri üçün fərdi və sürətli innovativ texnologiyalara söykənən xidmətlərin göstərilməsi vergi orqanları və sahibkarlar arasında münasibətlərin yeni müstəviyə qaldırılması istiqamətində çox mühüm addım hesab edilə bilər.

1news.az

Paylaş:
616

Son xəbərlər

Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv! - VİDEOBu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51
Bütün xəbərlər