Huawei-dən Azərbaycanda ən böyük reklam kampaniyası – VİDEO
Bu payız Huawei şirkəti Bakcell ilə birlikdə Azərbaycanda ən böyük reklam – Huawei bölgələr üzrə kampaniyası keçirib.
Bu kampaniya Azərbaycan regionlarının sakinlərininə Huawei telefonlarının imkan və funksiyaları ilə tanış olmaq fürsəti yaradıb.
Aksiyada qiymət və keyfiyyət baxımından öz qiymət seqmentlərində liderlik edən “Huawei Y5c” və “GR3” telefonlarının modelləri təqdim olunub. Telefonların yeni sahibləri Bakcell tərəfindən sərfəli internet-paketlər əldə ediblər.
“Y5c” modeli müasir və rahat smartfondur, aksiya zamanı onu 155 AZN-ə əldə edib 6 ay ərzində hər ay Bakcell tərəfindən 1Gb internet almaq mümkündür.
“GR3” modeli – son nəsil əməliyyat sistemi olan bu model 4G interneti dəstəkləyir və 389 AZN dəyərindədir. Telefon sahibləri 6 ay ərzində hər ay Bakcell tərəfindən 2Gb internet paketi əldə ediblər.
Huawei komandası Azərbaycanın 28 bölgəsində qonaq olub, 50 000-ə qədər adam əhatə edərək, 6 500 km məsafə qət edib!
Reklam hüququnda