Azərbaycanın 2-ci peykinin buraxılış tarixi bilindi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın 2-ci peykinin buraxılış tarixi bilindi

11:57 - 03 / 01 / 2017
Azərbaycanın 2-ci peykinin buraxılış tarixi bilindi

Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq.

1news.az xəbər verir ki, bu barədə Trend-ə "Azərkosmos" ASC-dən məlumat verilib.

İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.

ASC-nin məlumatına görə, ikinci geostasionar peyk "Azerspace 1"-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.

Qeyd edək ki, "Azerspace 1" 2013-cü ilin fevral ayında orbitə buraxılıb.

1news.az

Paylaş:
910

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər