Bakı-Gəncə sürət qatarının işə salınacağı vaxt açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Gəncə sürət qatarının işə salınacağı vaxt açıqlanıb

20:12 - 06 / 01 / 2017
Bakı-Gəncə sürət qatarının işə salınacağı vaxt açıqlanıb

“Ölkənin Qərb bölgəsinə sürət qatarı Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun əsaslı təmiri yekunlaşdıqdan sonra hərəkət edəcək”.

1news.az xəbər verir ki, bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə qatarların sürəti 100-140 km/saat təşkil edəcək:

“Gəncəyə İsveçrənin  "Stadler Rail" şirkətinin "KİSS" markalı qatarları hərəkət edəcək. Ehtimal edirik ki, əlavə bu cür qatarların alınmasına ehtiyac yaranacaq”.

Qeyd edək ki, hazırda Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Ötən ilin dekabr ayında Bərgüşad-Müsüslü mənzilində 12,5 km yolun əsaslı təmirinə start verilib. Bu layihənin icrasına isə 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 186 km dəmir yolu əsaslı təmir olunub.

1news.az

Paylaş:
738

Son xəbərlər

Bakıda kafe yanıb

Bu gün, 11:01
Bütün xəbərlər