Bakının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq

09:36 - 06 / 01 / 2017
Bakının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az-ın “Azəriqaz” İB-yə istinadən verdiyi xəbərə görə, Nizami rayonu, Ə. Kürçaylı küçəsi 20 ünvanında yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar yanvarın 6-da saat 10:00-dan 18:00-dək Nizami rayonu 8-ci kilometr qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xətai rayonu Gəncə prospekti və UPD yaşayış massivinin  bir hissəsinin  qaz təchizatına təsir göstərməsi mümkündür.

1news.az

Paylaş:
639

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər