Azərbaycanın Ukraynadan aldığı yük təyyarələri sertifikasiya prosesindədir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın Ukraynadan aldığı yük təyyarələri sertifikasiya prosesindədir

12:17 - 07 / 01 / 2017
Azərbaycanın Ukraynadan aldığı yük təyyarələri sertifikasiya prosesindədir

Azərbaycanın Ukraynanın "Antonov" aviakorporasiyasından aldığı hərbi yük təyyarələri sertifikasiya prosesindədir

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransanın "Les Echos" nəşri yazır:

“Hazırda Ukraynanın "Antonov" korporasiyası diqqətini "An-178" tipli hərbi təyyarənin istehsalına yönəldib. Bu təyyarə xarakteristikalarına görə "Embraer KC-390" modelinə çox bənzəyir. Belə ki, təyyarə ilə 100 nəfər sərnişin və 16 ton yük daşına bilər. Layihənin reallaşdırılmasına 2010-cu ildən etibarən başlanıb. Lakin Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi layihəni təhlükəyə atdı. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı və Azərbaycandan daxil olan sifarişlərin hesabına layihəni xilas etmək mümkün oldu. Belə ki, Səudiyyə Ərəbistanı 30, Azərbaycan isə 10 ədəd təyyarə sifariş verib. Hazırda təyyarə sertifikasiya prosesindədir. Təyyarələr 2018-ci ilin ortalarından etibarən sifarişçilərə çatdırılacaq”, - deyə nəşr yazır.

Xatırladaq ki, 2016-cı ilin iyun ayında "Antonov" korporasiyası və Azərbaycan tərəfi arasında 10 ədəd "An-178" təyyarələrinin satışına dair müqavilə imzalanıb. O zaman Ukrayna mətbuatı bildirib ki, tərəflər təyyarələrin 2 il ərzində iki mərhələdə tədarük edilməsi barədə razılığa gəlib. Əvvəlcə 2, daha sonra isə 8 təyyarənin Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müqavilənin məbləği açıqlanmır. Yalnız ilkin ödənişin edildiyi məlumdur.

Qeyd edək ki, "An-178" hərbi nəqliyyat təyyarəsidir və ilk uçuşunu 2015-ci ildə həyata keçirib.

1news.az

Paylaş:
569

Son xəbərlər

Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıbBu gün, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTOBu gün, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilibBu gün, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublarBu gün, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıbBu gün, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıbBu gün, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıbBu gün, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 1Bu gün, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıbBu gün, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİBBu gün, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 14:46Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib - YENİLƏNİBBu gün, 14:41Yanvar-mart aylarında ölənlərin sayı açıqlanıbBu gün, 14:13ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət - FOTOBu gün, 14:11Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİBBu gün, 14:02Azərbaycanda nikahların sayı azalıbBu gün, 13:58Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİBu gün, 13:45Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEOBu gün, 13:35Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab veribBu gün, 13:25Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:24
Bütün xəbərlər