İsveçrədə Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

İsveçrədə Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin perspektivləri müzakirə olunub

22:51 - 09 / 01 / 2017
İsveçrədə Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin perspektivləri müzakirə olunub

Sürixdə “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin perspektivləri müzakirə olunub.

1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müzakirələr İsveçrənin Sürix şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “InterRail Holding AG” şirkətinin sədri Hans Raynhard arasında keçirilən ikitərəfli görüş zamanı baş tutub.

Görüş zamanı İsveçrə yüklərinin “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinə cəlb edilməsi, isveçrəli tərəfdaşlarla əməkdaşlığın perspektivləri məsələsi müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində ölkəmiz aktiv iştirak edir, ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Əsas vəzifəmiz Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsidir. Bu marşrutlara yük axınının cəlb edilməsi üçün bütün imkanlar səfərbər edilib.

C.Qurbanov, həmçinin bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkəti ilə geniş əlaqələri mövcuddur. Hazırda şirkətin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarları Bakı-Sumqayıt marşrutunda istismar olunur. Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib.

“InterRail Holding AG” şirkətinin prezidenti Hans Raynhard öz çıxışında “Şimal-Cənub” dəhlizinin aktivləşdirilməsində çox maraqlı olduqlarını vurğulayıb. Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC ilə bu istiqamətdə həyata keçiriləcək strateji əməkdaşlığın önəmindən danışıb.

Qeyd edək ki, “InterRail Holding AG” şirkəti İsveçrənin “TransInvest” holdinqinə daxildir. Mərkəzi və Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya kimi ərazilərdə əlaqələri olan “TransInvest” 111 fərdi şirkətlərlə dünyanın 34 ölkəsində fəaliyyət göstərir.

Şirkətin əsas dörd coğrafi biznes istiqaməti var: Avropa İttifaqı-İsveçrə, Rusiya-Şərqi Avropa, Orta Şərq-Mərkəzi Asiya, Asiya–Uzaq Şərq. “TransInvest” İrandan Avropaya və Avropadan İrana yüklərin idxalı və ixracı ilə məşğul olan nəqliyyat şirkətidir. İranın müxtəlif şəhərlərində 14 ofisi ilə təmsil olunan bu şirkət Bəndər-Abbas və Tehran kimi şəhərlərdə 300 min kvadratmetr çox olan xüsusi anbarların və terminalların sahibidir.

“InterRail Holding AG” dəmir yolu ilə yükdaşıma xidmətləri üzrə Avropada və Avrasiya məkanında aparıcı şirkətlərdən biridir. Beynəlxalq blok qatarların operatoru kimi fəaliyyət göstərir. Avrasiya qitəsində, xüsusilə də MDB ölkələrində ümumi və konteynerləşdirilmiş yüklərin daşınması və konteyner ticarəti ilə məşğul olur. Geniş vaqon parkına sahibdir.

Şirkətin Belarusda, Çində, Almaniyada, Hindistanda, İranda, Qazaxıstanda, Polşada, Rusiyada, İsveçrədə, Ukraynada və Özbəkistanda törəmə şirkətləri və nümayəndəlikləri var.

1news.az

Paylaş:
503

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunubBu gün, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıbBu gün, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyibBu gün, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcəkBu gün, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildiBu gün, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTOBu gün, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilibBu gün, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcəkBu gün, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunubBu gün, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıbBu gün, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTOBu gün, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilibBu gün, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublarBu gün, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıbBu gün, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıbBu gün, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıbBu gün, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 1Bu gün, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıbBu gün, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİBBu gün, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 14:46
Bütün xəbərlər