Bu il dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu il dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib – FOTO

14:26 - 10 / 01 / 2017
Bu il dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib – FOTO

Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərracı keçirib.

Komitədən 1news.az-a verilən məlumata görə, belə hərraclar açıq və şəffaf şəkildə hər həftə keçirilir. İstənilən vətəndaş hərraca rahat şəkildə məhdudiyyətsiz qatıla bilir.

10 yanvarda baş tutan hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub. 6 kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Bu dəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək.

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 3-ü və bir çox nəqliyyat vasitəsinə bir neçə sifariş olub. Bu səbəbdən bu əmlakların satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı qalib elan olunub.

Özəlləşdirilmiş kiçik müəssisələrdən 2-si, istifadəsiz qeyri-yaşayış sahələrindən 12-si paytaxtda yerləşir. Bu əmlaklar Bakıda, Komitənin İnformasiya Texnologiyaları Mərkəzində (H.Əliyev pr.139A) baş tutmuş hərracda özəlləşdirilib.

Həmin gün regionlarda da hərraclar baş tutub. Bu hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib.

Regionlarda keçirilmiş hərraclarda 4 kiçik dövlət müəssisə və obyekti, eləcə də 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Kiçik müəssisə və obyektlərin 1-i Xaçmaz, 1-i Şabran, 2-si isə Masallıda, 2 qeyri-yaşayış sahəsi isə Sumqayıt və Ağstafada yerləşir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak paytaxtın Binəqədi rayonunda yerləşən “Araz” Avtomotoservis Müəssisəsi olub. Müəssisə 717 min 600 manata özəlləşdirilib. Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi isə 150 min manata satılıb.

Paytaxtda özəlləşdirilmiş 12 qeyri-yaşayış obyektinin 5-i Nəsimi, 3-ü Nərimanov, 1-i Xətai, 1-i Yasamal, 1-i Nizami, sonuncusu isə Suraxanıda yerləşir.

Fiziki və hüquqi şəxslər belə kiçik müəssisələri və qeyri-yaşayış sahələrini əsasən biznes məqsədilə istifadə üçün özəlləşdirirlər. Çünki belə obyektlər sahibkarlıq fəaliyyəti baxımından kifayət qədər əlverişlidir. Yaxud belə əmlaklara yiyələn alıcılar sonradan həmin əmlakı icarəyə verməklə də gəlir mənbəyinə çevirə bilir. Mühüm üstünlük isə hərracda satılmış əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər.

1news.az

Paylaş:
568

Son xəbərlər

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunubBu gün, 10:18Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşıbBu gün, 10:07Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilibBu gün, 10:03Dünya bazarlarında qızılın qiyməti 2400 dollara yaxınlaşıbBu gün, 09:53Ağdamda evdən 10 min manat pul oğurlayan şəxs saxlanılıbBu gün, 09:51Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:45Azərbaycan Ordusunun hərbçisi vəfat edibBu gün, 09:34AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıbBu gün, 09:16Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıbBu gün, 09:06FHN: Gül mağazasındakı yanğının söndürülməsində 25 texnika və 124 nəfər canlı qüvvəsi iştirak edibBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:59FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01
Bütün xəbərlər