Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

12:24 - 13 / 01 / 2017
Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

“Təzə Qanlı Göl” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar yanvarın 13-də saat 09:30-dan 18:00-dək Bakının Yasamal rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

1news.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat veriblər.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

1news.az

 

Paylaş:
1200

Son xəbərlər

Bütün xəbərlər