UEFA Avropanın 10 tarixi məşqçisini açıqladı
UEFA qurumun yarandığı tarixdən (1954) indiyədək futbolun inkişafında xidmətləri böyük olan 10 məşqçinin adının olduğu siyahı tərtib edib.
1news.az qol.az-a istinadən xəbər verir ki, siyahıda Kiyev “Dinamo”sunun və SSRİ millisinin baş məşqçisi olmuş mərhum Valeri Lobanovski də yer alıb.
V.Lobanovskidən başqa, sözügedən məşqçilər sırasına Brayan Klaf ("Nottingem Forets"), Yohan Kroyf ("Аyaks", "Barselona"), Visente del Boske ("Real", İspaniya millisi), Aleks Ferqyuson ("Mançester Yunayted "), Elenio Errera ("Barselona", "Аtletiko", "İnter", "Roma"), Udo Lattek (AFR, "Bavariya", "Barselona"), Rinus Mexels ("Ayaks", "Barselona", Hollandiya millisi), Joze Mourinyo ("Portu", "Çelsi", "Real", "İnter", "Mançester Yunayted "), Arriqo Sakki ("Milan", İtaliya millisi, “Atletiko") də daxil olub.
1news.az