Gələn ay 71 dövlət əmlakı hərraca çıxarılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gələn ay 71 dövlət əmlakı hərraca çıxarılacaq

10:58 - 16 / 01 / 2017
Gələn ay 71 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 fevral 2017-ci il tarixində keçiriləcək yeni hərraca 71 əmlak çıxarılıb.

Komitədən 1news.az-a verilən məlumata görə, bu əmlaklara 20 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisəsi, 34 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi aiddir.

İstənilən fiziki və hüquqi şəxs hərraclara qatıla bilər. Bunun üçün “privatization.az” saytına daxil olub hərraca çıxarılan əmlaklarla tanış olmaq və bəyənilən əmlaka sifariş vermək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.

Hərracda iştirak edərək sifariş verdiyi bir və ya bir neçə əmlakın sahibi ola bilər. Hərracda qalib olmayan vətəndaşın ödədiyi beh hərracdan sonra 10 gün ərzində vətəndaşa geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar.

Hərraclar barədə məlumat almaq və sifariş vermək də hazırda çox rahatdır. Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsində əhaliyə müntəzəm məlumatlar çatdırılır. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə sualını ünvanlaya bilər.

Hərraca çıxarılan 6 kiçik dövlət müəssisəsi və obyekti Xaçmaz, Cəlilabad, Oğuz, Şamaxı və Masallıda (2 əmlak) yerləşir. Masallıda yerləşən hər iki əmlak 150 min manata iddiaçılara təklif olunur. Bu əmlakların hər ikisi  Yardımçı Təsərrüfat olmaqla biri quşçuluq fəaliyyəti üçün, digəri kənd məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulub. Qeyri-yaşayış sahələrindən fərqli olaraq kiçik dövlət müəssisə və obyektlərinin hamısı altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb.

Qeyri-yaşayış obyektlərindən 31-i paytaxtda, digərləri Xırdalan, Mingəçevir və Xaçmazda yerləşir. Bu obyektlər içində yüksək start qiyməti ilə seçilən əmlak paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsidir. Əmlaka 110 min manat ilkin satış qiyməti təyin olunub. Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyekti 90 min manata, Mingəçevir şəhərində yerləşən oxşar obyekt isə 100 min manata təklif olunur.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nizami rayonunda yerləşən “Azinterservis”, Sumqayıtda yerləşən “Azərmetalinvest” ilə yanaşı, regionlarda yerləşən “Bərdə Kərpic”, “Goranboy Sənaye İnşaat”, “Kürdəmir Quşçuluq”, “Lerik Kəndkimya”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.

Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1231

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

1news.az

Paylaş:
734

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər