Zirə və Pirallahı qəsəbələrinin qaz təchizatı məhdudlaşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Zirə və Pirallahı qəsəbələrinin qaz təchizatı məhdudlaşdırılır

21:19 - 18 / 01 / 2017
Zirə və Pirallahı qəsəbələrinin qaz təchizatı məhdudlaşdırılır

Sabah Bakının və Pirallahı qəsəbəsinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, yanvarın 19-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin balansında olan “Pirallahı-Qala” qaz kəmərinin müəyyən hissəsində təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1news.az

 

Paylaş:
1440

Son xəbərlər

Bütün xəbərlər