Bakıda keçiriləcək satış forumunun spikerləri bəlli oldu
Fevralın 11-də SAT group, Marketing AIR və Facemark.az-ın təşkilatçılığı ilə Metropark-da ölkəmizin ilk satış forumu keçiriləcək.
1news.az-ın verdiyi xəbərə görə, forumda satış sahəsində lider şirkətlərin nümayəndələri böhran dövründə satış strategiyasından, satışın artırılması üçün həll yollarından və əldə etdikləri nəticələrdən danışacaq.
Beləliklə, GILAN Holdinq, Embawood, German studio və satış-konsaltinq sahəsi üzrə ixtisaslaşan SAT group şirkətinin rəhbər şəxsləri iştirakçılarla öz təcrübəsini paylaşacaq. Həmçinin, Türkiyənin brendinq sahəsində top üçlüyündə yer alan Güven Borça da forumda spiker kimi iştirak edəcək.
Satış üzrə məsul şəxslər, biznes sahibləri və bu sahəyə marağı olan hər kəs forumda iştirak edə bilər. Biletin qiyməti 25 manatdır.
Bileti aşağıdakı vasitələrlə əldə etmək olar:
1) satforum.az saytında onlayn sifarişlə;
2) Facebook.com/satforum.az səhifəsindən onlayn sifarişlə;
3) (+994 50) 241-11-43 nömrəsinə zəng etməklə;
4) www.kassir.az saytından onlayn sifariş verməklə.
Satforum.az saytı hazırlanmasında köməklik göstərən şirkətlər – Azerizone, çəkiliş tərəfdaşı Konsis, çap-promo tərəfdaşı Antaris, media tərəfdaşı – New Media, hotel tərəfdaşı New Baku Hotel, digər dəstəkçilər isə Digital AİR, Kassir.az, Admedia, Grow Center və Skal International Baku.
1news.az