“Bulla-dəniz” yatağında yeni quyu qazılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bulla-dəniz” yatağında yeni quyu qazılır

22:46 - 25 / 01 / 2017
“Bulla-dəniz” yatağında yeni quyu qazılır

“Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 123 nömrəli quyuda qazma işlərinə başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, layihə dərinliyi 6 min 200 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 800 min kubmetr qaz və 150 ton kondensat hasil ediləcək.

Quyuda istismar işləri N.Nərimanov adına neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçiriləcək.

1news.az

Paylaş:
937

Son xəbərlər

Bütün xəbərlər