Sekuta: Tramp ABŞ-ın xarici siyasətində dəyişiklik etmək niyyətindədir | 1news.az | Xəbərlər
Dünya

Sekuta: Tramp ABŞ-ın xarici siyasətində dəyişiklik etmək niyyətindədir

20:01 - 26 / 01 / 2017
Sekuta: Tramp ABŞ-ın xarici siyasətində dəyişiklik etmək niyyətindədir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Birləşmiş Ştatların xarici siyasətində dəyişikliklər etmək niyyətindədir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Donald Trampın Azərbaycanla bağlı siyasətində hansı dəyişikliklərin edəcəyi ilə bağlı suala cavabında bildirib.

"Hələ keçid hökumətinin formalaşmasının başlanğıc mərhələsindəyik. Proqnoz vermək tezdir. Lakin siz  onun ilkin bəyanatlarından da eşitmisiniz ki, Birləşmiş Ştatların siyasətində dəyişikliklər etmək niyyətindədir", - deyə diplomat qeyd edib.

APA

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər