“Neftçi”nin futbolçusu 3 həftəlik sıradan çıxdı | 1news.az | Xəbərlər
Futbol

“Neftçi”nin futbolçusu 3 həftəlik sıradan çıxdı

16:07 - 27 / 01 / 2017
“Neftçi”nin futbolçusu 3 həftəlik sıradan çıxdı

“Neftçi”nin venesuelalı yarımmüdafiəçisi Edson Kastilyo zədələnib.

1news.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu sağ diz oynaq bağının dartılması və hissəvi qopması səbəbindən 3 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq.

Bundan başqa, digər zədəli futbolçu - müdafiəçi Elvin Bədəlov diz oynağının iltihabı səbəbindən müalicə olunur. Onun yaxın günlərdə məşqlərə qatılacağı gözlənilir.

1news.az

Paylaş:
915

Son xəbərlər

Bütün xəbərlər