“Sovetski”də yanğın: ölən var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sovetski”də yanğın: ölən var - FOTO

19:28 - 27 / 01 / 2017
“Sovetski”də yanğın: ölən var - FOTO

Bakı şəhəri, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

1news.az APA-ya istinadən xəbər verir ki, yanğında bir nəfər ölüb.

Ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır.

Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.

Yanğın üçmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələr arası döşəmədə baş verib. Yanğının söndürülməsi zamanı binadan 3 nəfər xilas olunub.

1news.az

Paylaş:
746

Son xəbərlər

Bütün xəbərlər