Tramp İŞİD-in üzərinə artilleriya göndərir | 1news.az | Xəbərlər
Dünya

Tramp İŞİD-in üzərinə artilleriya göndərir

21:03 - 27 / 01 / 2017
Tramp İŞİD-in üzərinə artilleriya göndərir

Ağ Ev Suriya və İraqda İŞİD-ə qarşı mübarizədə döyüş helikopterləri və artilleriyadan istifadə edə bilər.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Qəzetin məlumatına görə, hazırda Suriyanın şimalında İŞİD-ə qarşı döyüşən yerli dəstələr ABŞ-ın başçılıq etdiyi koalisiyadan yalnız hava dəstəyi görür.

Ancaq hələ seçkiöncəsi kampaniyasında Donald Tramp bəyan etmişdi ki, İŞİD-in məhv edilməsi üçün "gizli plan" var.

Məlumata görə, Tramp hərbi eskpertlərə terrorçularla mübarizədə yeni plan hazırlamaq üçün 30 gün vaxt verib.

1news.az

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər