Vergi qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər – “Baker Tilly Azərbaycan” şirkətinin təşkil etdiyi seminarın əsas mövzudur – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergi qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər – “Baker Tilly Azərbaycan” şirkətinin təşkil etdiyi seminarın əsas mövzudur – FOTO

12:10 - 27 / 01 / 2017
Vergi qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər – “Baker Tilly Azərbaycan” şirkətinin təşkil etdiyi seminarın əsas mövzudur – FOTO

“Baker Tilly Azərbaycan” şirkətinin təşkilatçılığı ilə 26 yanvar 2017-ci il tarixində Hilton otelində “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklər” mövzusunda seminar keçirilib.

Müxtəlif sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkət nümayəndəsinin iştirak etdiyi tədbirdə, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında məlumat təqdim edilərək, ayrı-ayrı maddələr üzrə ətraflı izahatlar verilib. Eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” və “Elektron ticarət haqqında” qəbul edilmiş qanunlar, o cümlədən vergi qanunvericiliyinə dair digər qanunvericilik aktları təhlil edilib, vergilərin hesablanması, bəyan edilməsi, ödənilməsi zamanı müəyyən edilmiş qanunların tətbiqi haqqında ətraflı məlumatlar təqdim olunub.

Seminarda “Baker Tilly Azərbaycan” şirkətinin vergi partnyoru Samir Vəliyev və Vergi və Hüquq Departamentinin baş meneceri Azər Əkbərovla birlikdə, Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin baş direktor müavini Nicat İmanov, Strateji Araşdirmalar İdarəsinin direktoru Namiq Dərgahov və Vergilər Nazirliyinin əməkdaşı Səyavuş Səfiyev də iştirak ediblər. Onlar vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin mahiyyəti, məqsədi və digər aspektləri barədə məlumat verərək, sonda tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Suallar əsasən vergi ödəyicilərinin hüquqları, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı bəzi normativ aktların hazırlanması müddəti və onların tətbiqi qaydaları, kənd təsərrüfatı məhsullarının vergiyə cəlb edilməsi, nağdsız ödənişlərdə yaranan münasibətlər, bank və maliyyə qurumlarının öhdəlikləri, müəyyən ölkələrə köçürmələr zamanı vergiyə cəlb olunma qaydaları, sığorta ödənişləri və bu kimi bir çox aktual məsələləri əhatə edib.

““Baker Tilly Azərbaycan” şirkəti tərəfindən təşkil edilmiş bu seminar, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının hüquqlarının və qanuni maraqlarının müdafiəsi, o cümlədən yeni qəbul edilmiş qanunlarla bərabər Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin ictimaiyyətə çatdırılması xarakteri daşıyır”, - deyə “Baker Tilly Azərbaycan” şirkətinin Partnyoru Samir Vəliyev vurğulayıb.

Qeyd edək ki, dünyanın 141 ölkəsində fəaliyyət göstərən və özündə 165 üzv şirkəti birləşdirən “Baker Tilly İnternational” şirkəti, öz gəlirlərinə görə dünyanın 8-ci ən böyük mühasiblər və məsləhətçilər şəbəkəsi olmaqla, 2007-ci ildən bəri ölkəmizdə “Baker Tilly Azərbaycan” şirkəti ilə təmsil olunur.

Azərbaycan bazarında 10 ildən artıq uğurla fəaliyyət göstərən “Baker Tilly Azərbaycan” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.

Reklam hüququnda

Paylaş:
4618

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər