Elman Rüstəmov: “Dolların 2 manat 50 qəpik olacağını hesab etmirəm” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elman Rüstəmov: “Dolların 2 manat 50 qəpik olacağını hesab etmirəm”

19:24 - 28 / 01 / 2017
Elman Rüstəmov: “Dolların 2 manat 50 qəpik olacağını hesab etmirəm”

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tam üzən məzənnəyə keçiddən sonra 1 dolların 2 manat 50 qəpik ola biləcəyinə dair yayılan məlumatlara münasibət bildirib.

1news.az xəbər verir ki, Elman Rüstəmov unikal.org-a  açıqlamasında dolların manata nisbəti üzən məzənnə ilə müəyyən edildiyini xatırladaraq belə danışıb:

“Mən 1 dolların 2 manat 50 qəpik olmasını proqnozlaşdırmıram. Yəni, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”.

E.Rüstəmov həmçinin bildirib ki, bu gün dolların məzənnəsi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin milli valyutasına nisbətdə bahalaşıb.

1news.az

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər