“Qarabağ” Reynaldonu neçəyə satıb? | 1news.az | Xəbərlər
İdman

“Qarabağ” Reynaldonu neçəyə satıb?

19:45 - 28 / 01 / 2017
“Qarabağ” Reynaldonu neçəyə satıb?

Avropanın məşhur Transfermarkt saytı “Qarabağ”dan “Adanaspor” klubuna transfer olunan Reynaldo Silvanın təzminat qiyməti barədə məlumat yayıb.

1news.az qol.az-a istinadən xəbər verir ki, brazilyalı futbolçunun keçidinin superliqa təmsilçisinə 500 min avroya başa gəldiyi qeyd edilib.

“Qarabağ” klubundan məsələylə bağlı şərh verilməyib. “Adanaspor” isə dünən yaydığı rəsmi məlumatda Reynaldo ilə 2,5 illik müqavilə imzalandığını bildirsə də, transferin qiymətini açıqlamayıb.

1news.az

Paylaş:
1507

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər