Prezident İlham Əliyev: “Azərbaycanda güclü və fəal milli biznes sinfi formalaşıb”
“Güclü və fəal milli biznes sinfinin formalaşması üçün dövlət öz dəstəyini əsirgəməyib”.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.
Ölkə başçısı bildirib ki, iş adamları ilə daim təmasdadır, görüşlər keçirir, onların problemlərinin həlli ilə məşğuldur və onlara həmişə siyasi və maddi dəstək verilir:
“Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir işi görmək mümkün deyil. Bir də ki, heç bir biznesmen, iş adamı riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək, - bax, hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb”, - deyə Prezident vurğulayıb.
1news.az