Trampın qadağasından sonra 5 yaşlı müsəlman uşağa qandal taxılıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Trampın qadağasından sonra 5 yaşlı müsəlman uşağa qandal taxılıb – FOTO – VİDEO

10:57 - 01 / 02 / 2017
Trampın qadağasından sonra 5 yaşlı müsəlman uşağa qandal taxılıb – FOTO – VİDEO

Əslən İrandan olan ABŞ vətəndaşı 5 yaşlı uşaq hava limanında saatlarla əlləri qandallı saxlanılıb.

Belə ki, ABŞ-ın hazırki prezidenti Donald Trampın yeddi müsəlman ölkə vətəndaşlarının 30 gün ərzində ölkəyə girişini qadağan etməsi ilə bağlı qərarından sonra həyata keçirirlib.

NTV-nin verdiyi xəbərə əsasən, bu dəfə isə Tramp qadağasının son qurbanı İran əsilli ABŞ vətəndaşı 5 yaşlı uşaq olub. Ailəsilə birlikdə ABŞ-a girməsinə icazə verilməyən balaca Vaşinqtondakı Dallas hava limanında 5 saat əlləri qandallı saxlanılıb.

Hadisə ilə bağlı Ağ Evin sözçüsü Şon Spayser 5 yaşlı uşağın Amerika üçün hədə olduğuna görə qandallandığını bildirilir.

S.Xankişiyeva

Paylaş:
26297

Son xəbərlər

Bütün xəbərlər