“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini uğurla keçib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini uğurla keçib – FOTO

16:35 - 02 / 02 / 2017
“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini uğurla keçib – FOTO

Azərbaycanın yük aviadaşıyıcısı "Silk Way West Airlines" növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) İOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlama prosedurunu uğurla keçib və müvafiq sertifikatı daha iki il müddətinə uzadıb.

1news.az-a "Silk Way West Airlines" aviaşirkətinin mətbuat xidmətindən verilən xəbərə görə, nəzərə alsaq ki, bu standartın tələbləri ildən-ilə sərtləşdirilir, keçirilən audit "Silk Way West Airlines" aviaşirkətini bir daha  mülki aviasiyada ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı yük aviadaşıyıcı kimi təsdiqlənib.

İOSA (İATA-nın İstismar Təhlükəsizliyinin Audit proqramı) - bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz məcburi standart və tövsiyyə olunan prosedurlardır. Aviaşirkət auditin keçirilməsi zamanı bu standartlara və tövsiyyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir. Təhlükəsizlik təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur. İnsan amili təsirindən risklərin minimallaşdırılması sistemi və düzəliş əməliyyatlarının vaxtında təmin edilməsinə imkan verən əks əlaqə sistemi nəzərdə tutulmuşdur. Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda təfərrüatına kimi qeyd edilir ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir.

Qeyd edək ki, bundan öncə İOSA-nın müvafiq sertifikatını "Azərbaycan Hava Yolları" (AZAL) milli sərnişin aviadaşıyıcısı alıb.

"Silk Way West Airlines" aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlamışdır. Hazırda "Silk Way West Airlines" aviaşirkətinin hava gəmiləri parkına 4 “Вoeing 747-8F” və 2 “Вoeing 747-400F” təyyarəsi daxildir. Cari ildə daha bir “Вoeing 747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin hava gəmiləri parkındakı təyyarələrin sayı 7-ə yüksələcək. Yeni "Вoeing" yük təyyarəsinin tədarük edilməsi aviaşirkətə uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.

"Silk Way West Airlines" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanından qitələri birləşdirən tranzit mərkəz kimi istifadə edərək dünyanın müxtəlif regionlarına -  Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir.

1news.az

Paylaş:
529

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar17 / 05 / 2024, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib17 / 05 / 2024, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib17 / 05 / 2024, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilib17 / 05 / 2024, 13:52
Bütün xəbərlər