Çində ev çöküb: dağıntılar altında qalanlar var | 1news.az | Xəbərlər
Dünya

Çində ev çöküb: dağıntılar altında qalanlar var

10:16 - 02 / 02 / 2017
Çində ev çöküb: dağıntılar altında qalanlar var

Çinin şərqində çökən evin dağıntıları altında altı nəfər qalıb.

Bu barədə “Sina” portalı xilasedicilərə istinadən məlumat yayıb.

Hadisə yerli vaxtla saat 08:05-də (Bakı vaxtı ilə saat 04:05) baş verib. Məlumata görə, beşmərtəbəli yaşayış binasının üç bloku çöküb.

Hadisə yerinə ümumilikdə 100 nəfərdən ibarət səkkiz xilasedici briqada cəlb edilib.

Hazırda axtarış-xilasetmə işləri aparılır. Binanın çökmə səbəbləri araşdırılır. Ölən və yaralananlar haqqında məlumat yoxdur.

RİA Novosti

Paylaş:
889

Son xəbərlər

Bütün xəbərlər