Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib – FOTO

18:43 - 03 / 02 / 2017
Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib – FOTO

Dövlət Statistika Komitəsində ötən ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda çıxış edən Komitə sədri Tahir Budaqov bildirib ki, dünyada davam edən dərin siyasi, hərbi və iqtisadi böhran fonunda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının davamlılığı təmin edilib.

Komitə sədri Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti tərəfindən dövlət orqanları qarşısında qoyulmuş vəzifələrdən irəli gələn məsələləri diqqətə çatdırıb.

İclasda qeyd edilib ki, Dövlət Statistika Komitəsi ölkədə rəsmi statistika siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi, statistika orqanları tərəfindən istehsal edilən statistik məlumatların müasir tələblərə uyğun hazırlanmasını, statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini 2016-cı ildə də diqqət mərkəzində saxlayıb.

Komitə Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2016-cı il üçün statistik işlər proqramı, habelə metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları, “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirib.

2016-cı ildə statistika sistemində aparılmış struktur islahatları, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və s. istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirləri və yerli statistika orqanlarının rəhbərləri çıxış ediblər. 

Sonda iclasa yekun vuran Dövlət Statistika Komitəsinin sədri T.Budaqov Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və Dövlət Statistika Komitəsi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün qurumun struktur bölmələrinə konkret tapşırıqlar verib.

Qeyd edib ki, ölkədə aparılan islahatların effektivliyinin qiymətləndirilməsi etibarlı statistikaya tələbatı daha da artırıb və statistika sahəsində dövlətin müəyyən etdiyi siyasətə xidmət etmək, yüksək etimadı doğrultmaq, ictimaiyyətdə və istifadəçilərdə statistikaya inamı yüksəltmək, onlarla qarşılıqlı əməkdaşlığın daha müasir formalarına nail olmaq statistika orqanları qarşısında duran ən başlıca vəzifələrdəndir.

1news.az

 

Paylaş:
828

Son xəbərlər

Əməkdar jurnalist vəfat etdi23 / 05 / 2024, 17:51Nasaz yük avtomobilinin yolda qalması bir neçə istiqamətdə avtomobil sıxlığının yaranmasına səbəb olub23 / 05 / 2024, 17:48Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb23 / 05 / 2024, 17:38Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək- Hava XƏBƏRDARLIĞI23 / 05 / 2024, 17:27Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıb23 / 05 / 2024, 16:44COP29 vahid onlayn rezervasiya platformasını təqdim edir23 / 05 / 2024, 16:40NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib23 / 05 / 2024, 16:28İlham Əliyev tacikistanlı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb23 / 05 / 2024, 16:23Emoməli Rəhmon: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuq23 / 05 / 2024, 16:18İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib23 / 05 / 2024, 16:17Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB23 / 05 / 2024, 16:12Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq”23 / 05 / 2024, 16:09DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilib23 / 05 / 2024, 16:01Müəllimlər riayət etməli olduqları qaydalar müəyyənləşib - Nazirlikdən QƏRAR23 / 05 / 2024, 15:59Ağdərə rayonunda 5 məktəb yaradılacaq23 / 05 / 2024, 15:55“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək23 / 05 / 2024, 15:49Bakıda 3 məktəb direktoru vəzifəsindən azad edilib23 / 05 / 2024, 15:18Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub23 / 05 / 2024, 14:13Əhmədlə bağlı təhlükəsizlik tədbiri - Xüsusi xəstəxanaya köçürüldü23 / 05 / 2024, 14:09Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək23 / 05 / 2024, 14:02
Bütün xəbərlər