“Orifleym-Azərbaycan” – 19 illik tarixə malik uğur və yeni möhtəşəm ofisin açılışı haqqında – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Orifleym-Azərbaycan” – 19 illik tarixə malik uğur və yeni möhtəşəm ofisin açılışı haqqında – FOTO – VİDEO

10:30 - 03 / 02 / 2017
“Orifleym-Azərbaycan” – 19 illik tarixə malik uğur və yeni möhtəşəm ofisin açılışı haqqında – FOTO – VİDEO

1967-ci ildə af Yoknik qardaşları şəxsi biznesə başlamaq və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət yaratmağa qərar verdilər. Beləliklə, “Orifleym” yarandı.

Artıq 50 il keçib. Bu gün şirkət dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii, qabaqcıl, isveçsayağı kosmetikadan ibarət geniş məhsul çeşidi “Orifleym”lə əməkdaşlıq edən 3 milyondan artıq məsləhətçidən ibarət satış gücü dünya bazarlarında satır.

“Orifleym” pul qazanmağa başlamaq, arzu və planlarını həyata keçirmək istəyən insanlara öz biznesi ilə məşğul olmaq imkanı yaradır. “Bu gün qazan və sabah arzularını həyata keçir™” bizim biznes konseptimizdir

Birlik, Ruh və Ehtiras – “Orifleym”i möhtəşəm şirkətlərdən biri olmasına səbəb olan əsas dəyərlərdir. Onlara əsaslanaraq şirkət inamla gələcəyə baxır və digərlərinə də dünyanı yaxşıya doğru dəyişməyə kömək edə bilir.  

50 illik elmi istehsal tarixinə malik 100-dən çox alimdən ibarət müasir elmi-tədqiqat mərkəzinin komandası yeni, bazar və istehlakçıların tələbatına uyğun qabaqcıl və müasir məhsulların istehsalı üçün fasiləsiz olaraq qüsursuz həll və texnalogiyalar axtarışındadır.

Hazırda insanlar gözəlliyin – sadəcə kosmetika dolu bankalar olmadığını artıq anlayıblar. Müvafiq olaraq, “gözəlliyin daxilin və xaricin harmosniyası kimi” qəbul olunmasına doğru bir irəliləmə baş verib. Bir İsveç brendi kimi “Orifleym” üçün gözəllik hər zaman daha böyük anlam olub. Burada insanın həm necə göründüyü, həm də özünü necə hiss etdiyi çox vacibdir. “Həqiqi gözəllik – həm daxildən, həm də xaricdən daha yaxşıya doğru dəyişən bir həyat tərzidir”.

“Orifleym-Azərbaycan” – 19 illik tarixə malik uğur və yeni möhtəşəm ofisin açılışı haqqında.

“Orifleym-Azərbaycan” şirkətinin əsası  rəsmi olaraq 1998-ci il, fevralın 9-da qoyulub.

Zaman heç vaxt dayanmadığı kimi, bu 19 il ərzində “Orifleym-Azərbaycan” da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafındakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək şirkətin fəaliyyətinin əsasını təşkil edir.

Bütün bu illər ərzində “Orifleym”ə inanan insanlar, ona və onun keyfiyyətinə inananlar, onun etdiyinə inananlar və onun gözəllik həyat tərzi kimi baxışına inanan insanlar şirkətlə əməkdaşlığa davam edib, birgə inkişaf edib. Bu gün “Orifleym-Azərbaycan” məsləhətçilərinin sayı 12 min nəfərə bərabərdir.  

2017-ci il “Orifleym” şirkəti üçün əlamətdar bir tarixdir: bu il şirkət 50 illik yubileyini qeyd edir. Öz yubileyində “Orifleym-Azərbaycan” daha bir əlamətdar hadisə ilə yadda qaldı. 31 yanvar tarixində şirkət özünün yeni möhtəşəm xidmət mərkəzini açdı. Yeni ofisi Azərbaycan pros. 14 ünvanında yerləşir.

Möhtəşəm açılış mərasimi “Orifleym” üzrə Qafqazın vitse-prezidenti və rəhbəri və “Orifleym-Azərbaycan”ın baş direktoru Kemal Kaya, “Orifleym”in baş vise-prezidenti və MDB üzrə rəhbəri Yohan Rosenberq, İsveç səfirliyinin nümayəndəsi Tomas Danestad və digər qonaqların təbrik çıxışı ilə başladı.

Məşhur bəstəkar Murad Arifin aparıcılığı ilə keçən tədbirdə İsveç, Türkiyə, Şimal Kipr səfirliklərindən nümayəndələr, hökumət nümayəndəlikləri, qeyri-hökumət təşkilatları və şirkətin biznes tərafdaşları ilə yanaşı müğənni Eldar Qasımov, modelyer-dizayner Gülnarə Xəlilova, stilist Elnur Həsənov, byuti-bloggerlər Səma Abiyeva, Lalə Əhmədova, Nərmin Məmmədova, Elnarə Gənc, “Orifleym”in 2017-ci ildə sponsorluq edəcəyi milli qadın voleybol komandasının idmançı qızları və s. iştirak etdilər.

Şirkət öz nailiyyətləri ilə qürur duyur və gələcəkdə öz müştəri və partyorları üçün daha cəzbedici, effektiv və maraqlı təkliflər hazırlamağı planlaşdırır.

19 illik tarixə malik uğur – bu sadəcə başlanğıcdır!

Şirkət haqqında faktlar:

- Şirkətin illik dövriyyəsi - təqribən 1,3 mlrd avro

- “Orifleym” məsləhətçi sayı - təqribən 3 milyon

- “Orifleym”in təmsil olunduğu ölkələrin sayı-60-dan çox

- “Orifleym” əməkdaşlarının sayı- təqribən 7000

- Məhsul çeşidi- təxminən 1000 adda müasir təbii İsveç kosmetikası

- Şəxsi fabriklərinin yerləşdiyi ölkələr- Russiya, Polşa, Çin və Hindistan

“Orifleym” şirkəti haqqında daha ətraflı məlumatı www.oriflame.az, eləcə də https://www.instagram.com/oriflame_official_azerbaijan/https://www.facebook.com/OriflameAzerbaijanOfficial səhifələrindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
3504

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşırBu gün, 11:24DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcəkBu gün, 11:17Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRHBu gün, 11:00Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilibBu gün, 10:56Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19
Bütün xəbərlər