Çinli milyarder sərvətini verməyə vəliəhd axtarır
Çinin ən zəngin adamı Vang Jianlin sərvətini miras qoymağa adam tapa bilmir.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 62 yaşlı milyarder dünyanın ən varlı şəxslərinin siyahısında 18-ci yerdədir.
Şirkətlərinin dəyəri 92 milyard, şəxsi sərvəti isə 32 milyard dollardır. O, sərvətini əmanət etməyə isə adam tapmır. Belə ki, 29 yaşlı oğlu Vang Sicong atasının mirasından imtina edib. O, atası kimi yaşamaq istəmədiyini bildirib.
Qeyd edək ki, 29 yaşlı oğulun gəlirləri də az deyil. 500 milyon dəyərində kompüter oyunları hazırlayan şirkəti var.
1news.az
661