Əmlak Məsələləri Dövlət Komitəsi fevral ayının ilk hərracını keçirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmlak Məsələləri Dövlət Komitəsi fevral ayının ilk hərracını keçirib

19:25 - 07 / 02 / 2017
Əmlak Məsələləri Dövlət Komitəsi fevral ayının ilk hərracını keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi məqsədilə keçirilən hərraclar davam etdirilir.

1news.az-ın məlumatına görə, 7 fevral tarixində baş tutan hərracda prosesi izləmək istəyən media nümayəndələri və vətəndaşlar iştirak ediblər.

Keçirilən hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrində 3-ü müvafiq olaraq paytaxtın Xətai, Xəzər və Qaradağ rayonlarında yerləşir.

Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Xətai rayonunda yerləşən “Araz kafe”si olub. Belə ki, adıçəkilən əmlak 120 min manata özəlləşdirilib. Regionlarda özəlləşdirilən əmlaklar Şəki şəhəri və Daşkəsən rayonunda yerləşən  kiçik dövlət müəssisə və obyektləridir. Hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.

Hərracın sonunda hərrac iştirakçıları və müşahidəçiləri arasında vətəndaş məmnunluğu sorğusu keçirilib. Sorğu zamanı iştirakçıların hərraclardan razılığı, hərrac proseduru, hərracın gedişatı, hərrac barədə ictimai məlumatlandırma ilə bağlı fikir və rəyləri öyrənilib. Sorğu nəticəsinə əsasən vətəndaşlar bildiriblər ki, hərracda iştirak üçün müraciət proseduru sadədir. Hərrac barədə məlumatı həm komitənin özəlləşdirmə portalı və saytından, həm də KİV-dən tez və rahat əldə edə bilirlər. Hərrac prosesi şəffaf keçir, həmçinin əmlaka sifariş verməsələr də belə, yalnız müşahidə məqsədilə gəlib rahat iştirak edirlər. 

Qeyd edək ki, keçirilən hərracların görüntüləri ilə komitənin rəsmi youtube kanalında (https://goo.gl/OpYdB1) daha yaxından tanış olmaq olar.

Növbəti belə bir hərrac 14 fevral tarixində keçiriləcək. Bu tarixdə hərraca çıxarılacaq əmlaklar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1231

Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir.

İstənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Bunun üçün özəlləşdirmə portalına ( privatization.az) daxil olaraq hərracları izləmək və hərraclarda iştirak edəcək əmlaklara sifariş vermək kifayətdir. Portalda hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10% həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir. Hərracda iştirak edən lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.

Xatırladaq ki, hərracda əldə edilmiş əmlaka çıxarış almaq prosesi olduqca sadə və rahatdır. Belə ki, hərracdan dərhal sonra qısa müddət ərzində mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarış verilir. Bu proses vətəndaşın müvafiq qurumlara müraciət edərək əlavə vaxt itkisinin qarşısını alır. Ümumiyyətlə özəlləşdirmə prosesinin yeni mərhələsi sahibkarlığın inkişafına təkan verir. Eləcə də, müxtəlif iqtisadi sahələrin pambıqçılıq, nəqliyyat, tikinti, xidmət və.s sahələrin canlanmasına dəstək olur.

Hərraclarla bağlı yaranacaq hər hansı bir suala cavab tapmaq üçün (012) 566-07-44 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşları və investorları özəlləşmə prosesində aktiv iştiraka dəvət edir.

1news.az

 

Paylaş:
658

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər