Nikolya Sarkozi məhkəmə qarşısında
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2012-ci ildə öz seçki kapmaniyasını qanunsuz şəkildə maliyyələşdirdiyinə görə məhkəmə qarşısında cavab verəcək.
1news.az Trend-ə istinadən xəbər verir ki, istintaq Sarkozinin “Milli Hərəkat” partiyasının sənədləri saxtalaşdıraraq seçki kampaniyası zamanı icazə verilən məbləğdən 18 milyon avro artıq xərcləməsindən şübhələnir.
Keçmiş prezident isə, bu barədə xəbərsiz olduğunu deyib. Sarkozidən əlavə saxtalaşdırmada daha 13 nəfərin iştirak etdiyi bildirilir.
2012-ci ildə Nikolya Sarkozi prezident seçkilərini Fransua Ollanda uduzub, 2016-cı ildə o, seçkilərdə yenidən iştirak etsə də, bir daha məğlub olub.
1news.az
553